Məhsulun keyfiyyətinin planlı şəkildə idarə edilməsi son olaraq, həm hazır məhsulun fərqli xassələrini, eyni zamanda keyfiyyətin idarə edilməsi sistemi və proseslərinin fərqli xüsüsiyyətlərini əks etdirən tədbir və kriteriyalardır.
Bu göstəricilər özünü konkret olaraq tikinti məhsulunun keyfiyyətinin yaxşılaşdırılması üzrə tapşırıqlarda, elmi-tədqiqat planlarında və təcrübə-konstruktor işlərində, standartlaşdırma və keyfiyyətin idarəetmə sisteminin tətbiqində, müəssisənin texnika ilə təminatı, kadrların hazırlanmasında və s. tapır.
Məhsulun keyfiyyətinin planlaşdırma mərhələsində tikinti məhsulunun mərhələləri kompleks, ritmli və lazım olan vaxtda xammal, materiallar və s. ilə təmin edilməli və istehsal gücü ilə uyğunlaşdırılmalıdır.
Müəssisədə fəaliyyət prinsipi və ya planlı fəaliyyətin uzunmüddətli missiyası kimi keyfiyyətə əsaslanan siyasət formalaşmalı, tikinti müəssisələrinin fəaliyyətinin səmərəli təşkili üçün tədbirlər işlənməlidir. Məqalədə tikinti məhsulunun keyfiyyətinin aşağı olmasının səbəbləri, hazır məhsulun keyfiyyətinin artırılması, keyfiyyətin idarə edilməsinin planlaşdırılması və bu zaman həyata keçirilən tədbirlər, keyfiyyətin yüksəldilməsi xərcləri, eyni zamanda şəhər tikintisi zamanı işlərin yerinə yetirilməsində yaranan zədələrin aradan götürülməsi (bərpası) xərcləri, onların müəyyənləşdirilməsi və qruplaşdırılması araşdırılmışdır.