Biznes proseslərinin idarə edilməsi sahəsində müasir tədqiqatlar müəssisələrin biznes fəaliyyətlərini optimallaşdırmaq məqsədilə biznes-proseslərin təkmilləşdirməsinə maraqlarının artırdığını göstərir. Biznes-proseslərinin təkmilləşdirilməsi ehtiyacını təkcə biznes proseslərinin idarə edilməsində problemlərlə üzləşən müəssisələr deyil, həm də daim dəyişən biznes tələbləri şəraitində fəaliyyətinin səmərəliliyini artırmağı vacib hesab edən böyük təcrübəyə malik uğurlu müəssisələr görür. Məqalədə müəllif biznes proseslərinin təkmilləşdirilməsi üçün istifadə olunan müxtəlif yanaşmaları, bu yanaşmaların mahiyyətini, eləcə də onların müsbət və mənfi cəhətlərini müqayisə edir. Məqalədə həm-çinin balanslaşdırılmış göstəricilər sistemindən istifadə etməklə ATK-nin marketinq biznes-proseslərinin effektivliyinin qiymətləndirilməsi nəzərdər keçirilir ki, bu da biznes-prosesinin nəticəsinin təkcə maliyyə baxımından deyil, həm də müştəri məmnuniyyəti biznes-proseslərinin keyfiyyəti və komandanın məmnunluğu səviyyəsi kimi digər vacib aspektləri nəzərə alaraq qiymətləndirməyə imkan verir.