Qlobal enerji bazarlarında elektrik enerjisinə olan tələbin artım dinamikası və Azərbaycanın Avropa üçün ən etibarlı enerji tərəfdaşına çevrilməsi bu sahədə olan potensialın artırılması və müasir bazarların strukturuna uyğun ticarət fəaliyyətinin həyata keçirilməsini zəruri edir. Bu tədqiqatın məqsədi enerji bazarlarında qiymət əmələgəlmə prosesini araşdırmaq və müasir liberal bazarlarda tətbiq olunan metodların Azərbaycanda elektrik enerji ixracının səmərəliliyinin artırılması üçün istifadə etməkdən ibarətdir. Tədqiqat işində müqayisəli təhlil, qruplaşdırma, ümumiləşdirmə metodlarından istifadə edilmişdir. Tədqiqatda müasir liberal elektrik enerji bazarlarının strukturu araşdırılmış, qiymətlərin formalaşmasına təsir edən əsas amillər müzakirə edilmişdir. Tədqiqatın nəticəsi olaraq enerji bazarlarında qiymətlərin proqnozlaşdırılması zamanı fəaliyyət göstəriləcək bazarların strukturu ilə yanaşı, digər enerji mənbələrinin bazarlarda mövcud qiymət səviyələrinin dərindən araşdırılması tövsiyə olunmuşdur.