Azərbaycanda sənaye müəssisələrinin davamlı iqtisadi inkişafa təsirinin təhlili

Xülasə

Məqalədə sənaye müəssisələrinin davamlı inkişafının təmin edilməsinin əhəmiyyəti və davamlı inkişafa nail olunmasının müxtəlif aspektləri tədqiq olunur. Bu kontekstdə sənaye müəssisələrinin inkişaf səviyyəsinin Azərbaycanda makroiqtisadi sabitliyə və bununla da davamlı inkişaf meyllərinə səbəb olduğu məqalədə statistik göstəricilərin təhlili nəticəsində müəyyənləşdirilir. Ölkənin davamlı iqtisadi inkişafına təsirini daha detallı görmək üçün sənaye müəssisələrinin mülkiyyət növünə görə, eləcə də miqyasına görə tərkibi də məqalədə təhlil edilir. İnkişaf etmiş ölkələrin inkluziv inkişafında sənayenin rolu və onun mümkün təsirlərinin tədqiqi də məqalədə öz əksini tapmışdır. Yekunda tədqiqatdan irəli gələn müvafiq nəticələr ümumiləşdirilmişdir.