Kadr potensialı müəssisədə idarəetmə sisteminin tərkib hissəsi kimi

Xülasə

İstənilən müəssisənin idarəetmə sisteminin tərkib hissəsi kimi onun kadr potensialı çıxış edir. Kadrlar müəssisənin əsas aparıcı qüvvəsi və əmək resursudur. Odur ki, müəssisədə kadr potensialının səmərəli istifadəsi və idarə olunması aktual məsələlərdən biridir. Məqalədə müəssisədə kadr potensialının mahiyyəti açıqlanmış və onun rolu qiymətləndirilmişdir. Kadr potensialının idarə edilməsinin zəruriliyi əsaslandırılmış, strukturu blok-sxem şəklində əks olunmuşdur. Müəssisədə kadr potensialının idarə edilməsinin əsas məqsədləri və vəzifələri müəyyənləşdirilmişdir. Müasir müəssisənin kadr idarəçiliyinin əsaslandığı əsas prinsiplərə baxılmış, kadrların rəqabət qabiliyyətlilik amilləri araşdırılmışdır.