Məqalədə publik-hüquqi şəxslərin iqtisadi mahiyyəti və təşkili məsələləri, publik-hüquqi şəxslərin yaradılması qaydaları və fəaliyyətinin tənzimləməsi mexanizmi, publik-hüquqi şəxslərdə mühasibat uçotunun təşkilinin nəzəri məsələləri, publik-hüquqi şəxslərdə mühasibat uçotunun aparılması qaydaları, publik-hüquqi şəxslərdə maliyyə hesabatlarının təşkili və təqdim olunması qaydaları haqqında söz açılıb.
Publik hüquqi şəxslərin uçot metodikası tədqiq edilmiş və publik-hüquqi şəxslərdə mühasibat uçotunun aparılması qaydaları öyrənilmişdir.
Publik hüququn ümumdövlət və ya ictimai maraqların təmin edilməsi ilə bağlı olan münasibətləri tənzimləyən hüquq normalarının məcmusu olması və publik hüquqi şəxsin dövlət və bələdiyyə adından və ya publik hüquqi şəxs tərəfindən yaradılan, ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan, dövlət və ya bələdiyyə orqanı olmayan təşkilat olması qeyd edilmişdir. Publik hüquqi şəxslərin illik maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidasiya edilmiş) maliyyə hesabatlarını dərc etdikdə, onların törəmə publik hüquqi şəxslərin maliyyə hesabatlarının dərc edilmədiyi göstərilmişdir. Sonda tədqiqatdan alınan nəticələr ümumiləşdirilmişdir.