Tədqiqatın məqsədi Efiopiya, Keniya, Tanzaniya və Ruandada dövlət xərcləri ilə iqtisadi artım arasındakı əlaqəni araşdırmaqdır. Bu məqsədə nail olmaq üçün 2011-2020-ci illər üzrə panel (zaman seriyası kəsişməsi) məlumatlarından, xətti reqressiya modelindən istifadə edilmiş və təsviri təhlil aparılmışdır. Tədqiqatın nəticələri dörd ölkənin iqtisadiyyatının tədqiqat dövrü ərzində dəyişkən sürətlə böyüdüyünü ortaya qoymuşdur. Tədqiqata əsasən Efiopiya əhəmiyyətli dərəcədə daha böyük ÜDM-ə və adambaşına düşən ən aşağı ÜDM-ə sahib olmuş, Keniyada isə dörd ölkə arasında ən aşağı ÜDM və adambaşına düşən ən yüksək ÜDM-ə malik olmuşdur. Keniyanın adambaşına düşən ÜDM-i tədqiqat dövrünün sonunda Efiopiya və Tanzaniyadan iki dəfə çox olduğu müəyyən edilmişdir. Bundan əlavə, nəticələr dörd ölkədə dövlət xərcləri ilə iqtisadi artım arasında müsbət, lakin əhəmiyyətsiz əlaqənin olduğunu göstərir.