Azərbaycanda turizmin iqtisadi inkişafa təsirinin araşdırılması

Xülasə

İnkişaf etməkdə olan bir çox ölkədə ən mühüm sektorlardan birinə çevrilən turizm, dünyanın ən böyük və sürətlə inkişaf edən xidmət sektorlarından biridir. Turizmin iqtisadi artıma təsiri həm ədəbiyyatda, həm də praktikada sübut olunmuş faktdır. Bu tədqiqatın əsas məqsədi turizm iqtisadiyyatı çərçivəsində Azərbaycanda turizmin iqtisadi artıma təsirini araşdırmaqdır. Bu kontekstdə UNWTO-dan 1995-2020-ci illər üçün məlumatlar əldə edilmişdir. Tədqiqatda sistemli yanaşma, analiz və sintez metodlarından istifadə edilmişdir. Təhlil olunan illər kontekstində aparılan araşdırmalar nəticəsində Azərbaycana ən çox turistin 2019-cu ildə (3,17 milyon nəfər) gəldiyi, turizm gəlirlərinin maksimum 2017-ci ildə (3,21 milyon ABŞ dolları) olduğu, adambaşına düşən turist gəlirlərinin ən yüksək 2018-ci ildə (993 ABŞ dolları) olduğu müəyyən edilmişdir. Bundan əlavə, Azərbaycanda turizmin Ümumi Milli Məhsulda xüsusi çəkisinin 2016-cı ildə ən yüksək (7,5%) olduğu müəyyən edilmişdir.