Aqrar sahə bütün dünyada ən mühüm iqtisadi sahələrdən biridir. O, demək olar ki, bütün insanları ərzaqla təmin edir. Bununla yanaşı, sahibkarlıq fəaliyyəti və aqrar sektorun birləşməsi insanları mümkün olan bir çox iş yerləri ilə təmin edir. Aqrar sahibkarlığın sosial məsuliyyətli olması kənd ərazilərinin inkişafına öz təsirini göstərir. Məqalədə aqrar sahədə sosial sahibkarlığın kənd ərazisinin inkişafının idarə edilməsi vasitəsi kimi istifadə imkanlarından bəhs edilir. Kənd ərazilərinin inkişafında dövlətin maraqları və aqrar sahibkarlığın sosial məsuliyyəti, aqrar sahibkarlığın sosial məsuliyyətinə təsir edən mühit amilləri araşdırılmışdır. Eyni zamanda, aqrar sahədə sosial sahibkarlığın innovasiya fəaliyyətinin inkişaf etdirilməsi və onun kənd ərazilərinin inkişafında əhəmiyyəti qeyd olunmuşdur. Nəticə etibarilə aqrar sahədə sosial yönümlü sahibkarlığın inkişaf etdirilməsi, insanların kənddə yaşamağa cəlb edilməsinə və keyfiyyətli kənd həyatının təmin edilməsinə öz töhfəsini vermişdir.