Ticarətə açıqlıq bir ölkədə istehsal amillərinin mövcudluğunu artırır və bununla da ümumi amil məhsuldarlığının daha da yüksəlməsinə səbəb olur. Həmçinin aparılan araşdırmalarda potensial ÜDM-in artım tempi ticarətə açıq ölkələrdə daha sürətli olduğu müşahidə edilmişdir. Qeyd edilənlərlə yanaşı, xarici ticarət həm də riskləri özündə ehtiva edir və ticarətə açıq ölkələr bu reallığı nəzərə almalıdırlar. Ümumilikdə götürdükdə, xarici ticarətlə bağlı aparılan təhlillərin nəticələri ticari açıqlığın gətirdiyi faydaların risklərdən daha çox olduğunu göstərir. Bu məqalədə də ticari açıqlığın beş faydası, eyni zamanda cari hesabın profisit və ya kəsir məsələləri təhlil olunur. Həmçinin məqalədə xarici ticarət əlaqələrinin genişlənməsinin iqtisadi artıma təsirləri qiymətləndirilir və ixracın rəqabətqabiliyyətinin artırılması ilə bağlı təklilər verilir.