Qloballaşan dünya ölkələrinin müasir şəraitdə mühüm problemlərindən biri üzləşdikləri ekoloji, sosial və iqlimlə bağlı məsələlərdir. Bu problemlər bütün sənaye sahələrini gələcəkdə davamlı və dayanıqlı inkişaf məsələlərinin necə həll ediləcəyi barədə alternativlərin müəyyən edilməsini şərtləndirir. Bu baxımdan, ətraf mühitin mühafizəsi, sağlamlıq və təhlükəsizlik tədbirlərinin işlənib hazırlanması dərəcəsininin qiymətləndirilməsi və neft-qaz sektorunda davamlı və dayanıqlı inkişaf istiqamətinin araşdırılması mühüm əhəmiyyət kəsb edir. Məqalədə neft-qaz sənayesinin dayanıqlı inkişafında tikintinin rolu geniş təhlil edilmişdir. Burada neft-qaz sənayesinin dayanıqlı inkişaf problemlərindən biri kimi ekoloji problemlər təhlil edilərək qiymətləndirilmişdir.