Auditorun vəzifə öhdəlikləri və auditor rəyinin əhəmiyyəti

Xülasə

Audit təsərrüfat subyektlərində maliyyə (mühasibat) hesabatlarının düzgünlüyünün və müəyyən tələblərə uyğunluğunun sərbəst yoxlanılması deməkdir. Bu vəzifələri yerinə yetirən səlahiyyətli şəxs auditor adlanır. Fəaliyyətə başlamaq üçün auditor ilk növbədə öz müştərisini müstəqil şəkildə müəyyənləşdirir. Bu proses baş verə biləcək xoşagəlməz hadisələr nəticəsində audit firmasının öz nüfuzunu itirməsinin qarşısını almaq üçün zəruri hesab edilir. Yoxlama Azərbaycan Respublikasının Auditorlar Palatasının auditorlara və auditor təşkilatlarına verdiyi lisenziya əsasında mümkündür. Auditin nəticələrinə əsasən müstəqil auditor və ya auditor təşkilatı əldə edilmiş nəticələrə dair rəy hazırlayır və müəssisənin rəhbərinə təqdim edir.
Məqalədə auditorun öhdəliyində olan vəzifələr, onun fəaliyyətinin icrası üçün qoyulmuş tələblər, qarşısında duran məsuliyyətlər, auditorun rəyinin formaları və sahibkar subyektlərin fəaliyyətində hansı rola malik olduğu haqqında məlumatlar əks olunmuşdur.