Aviasiya trenajor hazırlığı bazarının xüsusiyyətləri

Xülasə

Məqalədə aviasiya trenajor kompleksinin uçuş heyətinin hazırlanması və uçuş təhlükəsizliyinin təmin edilməsi sistemində məqsədi açıqlanır, pilotların trenajor hazırlığının üstünlükləri, ümumi inkişaf meylləri və problemləri müəyyən edilir. Məqalədə həmçinin tədqiqat nəticəsində müəyyən edilmiş müasir mülki aviasiya əmək bazarının bu təlim səviyyəsində pilotların hazırlanmasına dair tələblər təqdim olunur. Mülki aviasiya trenajorları kompleksinin fəaliyyəti sahəsində bazar münasibətlərinin mahiyyətini, onların xidmətlər bazarındakı obyektləri və prosesləri, bu bazarın xüsusiyyətlərini və xassələrini açan anlayışlar toplusunun formalaşdırılmasına xüsusi diqqət yetirilir. Həmçinin, bütün bazar iştirakçıları arasında münasibətlərin xarakterini təfərrüatlandıran aviasiya trenajor hazırlığı bazarı sisteminin sxemi verilmişdir.