Azərbaycan Respublikasının yaşıl enerji potensialından istifadə məsələləri

Xülasə

Azərbaycan Respublikasının bərpaolunan enerji mənbələrinin potensialının 184 GVt-dan çox olduğu proqnozlaşdırılır. Ölkəmizin bu potensialı reallaşdıraraq yaşıl enerjinin istehsalını artırmaq və hətta ixracını həyata keçirmək imkanı mövcuddur. Artıq Azərbaycan yaşıl enerjinin istehsalı üçün xarici investorları ölkəyə cəlb edib və özü ilə Avropa arasında yaşıl enerji dəhlizinin yaradılması istiqamətində mühüm addımlar atır. Müəllif bu məqalədə də yaşıl enerji istehsalının artırılmasının faydalarını göstərir, Azərbaycanın yaşıl enerji ixracatçısına çevrilmə imkanlarını qiymətləndirir. Həmçinin yaşıl enerji istehsalının təşkili ilə bağlı həyata keçirilən tədbirləri araşdırır və bu istiqmətdə fəaliyyətin dərinləşdirilməsi ilə bağlı müvafiq təkliflər verir.