Məqalədə keyfiyyətli ərzaq təminatı və bunun sosial-iqtisadi mahiyyəti izah edilir. Ərzaq təhlükəsizliyi və təminatında keyfiyyətin əhəmiyyəti əsaslandırılır. Müasir dünyada transgen məhsul istehsalı dinamikası təhlil edilir. Müxtəlif ölkələrdə GMO məhsul istehsalına ayrılmış torpaq sahələrinin statistikası təqdim olunur. Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin potensial imkanları nəzərdən keçirilir. Müəlliflər Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının keyfiyyətli ərzaq istehsalı baxımından zəngin potensial imkanlara malik olduğunu əsaslandırır. Məqalədə işğaldan azad edilmiş ərazilərdə infrastruktur təminat və bunun potensial imkanlardan istifadədə rolu da nəzərdən keçirilir. Müəlliflər keyfiyyətli ərzaq məhsulları istehsalı və təminatı ilə bağlı tövsiyələr irəli sürür. Məqalədə işğaldan azad edilmiş ərazilərdə keyfiyyətli ərzaq istehsalının təmin olunması, ərazidə istehsal proseslərinin kimyəvi təsirlərdən qorunması istiqamətində təklif və mülahizələr verilib.