Məqalədə iqtisadiyyatın innovasiyalaşdırılması, bilik iqtisadiyyatı elementlərinin tətbiqi və iqtisadi inkişaf meyarlarının yenilənməsi tədbirlərinin reallaşdırılması, qeyri-neft sektorunun strukturu, struktur dəyişiklikləri sürətləndirilməli və ixrac yönümlü milli iqtisadiyyat sahələrinin inkişafının stimullaşdırılmasına daha ciddi dövlət dəstəyi məsələlərinə xüsusi yer verilir. Həmçinin Azərbaycanın milli iqtisadiyyatının inkişaf etdirilməsi və onun qeyri-neft ixracı sahələrinin genişləndirilməsi , sənaye sahələrinin inkişafının gücləndirilməsi , ixrac təyinatlı milli şirkətlərin dəstəklənməsi, sənaye sahələrinin ixrac və emal yönümlü sahələrin inkişafına çoxlu sayda dövlət mexanizmlərinin tətbiqi, İKT sektoruna güclü dövlət dəstəyi öz izahını tapır.