Son zamanlar demoqrafik proseslərin vəziyyəti göstərir ki, dünyada doğum sayının azalması ilə yanaşı gənc əhalinin sürətlə azalması, orta hesabla götürülən insan ömrünün uzanması, başqa sözlə yaşlı əhalinin sayının artması müşahidə olunur. Bu baxımdan məqalədə Azərbaycanda həssas əhali qruplarından biri olan ahılların, əsasən qocalar evində yaşayan ahılların sosial müdafiəsi ilə bağlı mövcud vəziyyət araşdırılmış, inkişaf etmiş ölkələrin (Amerika Birləşmiş Ştatları, İngiltərə, Yaponiya və s.) bu sahədə təcrübəsi öyrənilmişdir. Araşdırmanın nəticəsi olaraq məqalənin sonunda perspektiv dövrdə ahılların sosial təminatının yaxşılaşdırılmasına xidmət edəcək bir sıra layihə təklifləri verilmişdir.