BANK SİSTEMİNİN İQTİSADİ TƏHLÜKƏSİZLİKDƏKİ ROLUNA BAXIŞ

Xülasə

Məqalədə bank sisteminin ölkənin iqtisadi təhlükəsizliyinə təsiri ümumi konteksdə araşdırılır. Eyni zamanda bu məqalədə maliyyə-bank sisteminin sabitlik meyarları və iqtisadi təhlükəsizliyin müxtəlif tədqiqatlar nöqteyi-nəzərindən bank sistemi ilə səbəb-nəticə əlaqəsi öyrənilmişdir. Bank sektorunun ölkə iqtisadiyyatının ümumi inkişaf parametrlərinə uyğun tarazlı inkişafı üçün bir sıra tədbirlər təklif edilmişdir. Çünki banklar milli iqtisadiyyatın əsasını təşkil edən iqtisadiyyatın real sektoruna da  təsir göstərir və bu sektorda risklər təkcə bank sektoru üçün deyil, birbaşa bütün iqtisadiyyat üçün də təhlükə yaradır.