Türkiyə və Azərbaycan arasında xarici ticarət münasibətləri 1992-ci ildən başlamışdır. Müvafiq zamandan başlayan ticarət münasibətlərinə 2016-cı ildən etibarən enerji təhlükəsizliyi də töhfə verməyişdir. Azərbaycanın ixracında əsaslı rol oynayan qaz ixracında Türkiyə Cümhuriyyətinin payı artmaqdadır. Habelə, Türkiyə Azərbaycanın xarici ticarət münasibətlərində yalnız ən çox enerji idxal edən ölkə deyil, həmçinin əsas qeyri-neft ixracında yüksək paya malikdir. İki ölkə arasındakı xarici ticarət əməliyyatlarında Azərbaycanın payının yüksək olmasının yeganə səbəbi enerji ilə əlaqədardır. Habelə, bu göstərici Azərbaycanın əmtəə nöqteyi-nəzərdən aşağı diversifikasiyaya malik olmasının təzahürüdür.