Rusiya və Ukrayna Azərbaycanın kənd təsərrüfatı və ərzaq məhsulları üzrə xarici ticarətində əhəmiyyətli paya malikdir. Bu ölkələr arasında münaqişənin uzanmasının Azərbaycanın müvafiq ərzaq məhsulları ilə təminatına və aqrar məhsulların ixracına bir sıra potensial təsirləri yarana bilər. Bu məqalədə də Rusiya-Ukrayna münaqişəsindən irəli gələn çağırışlar nəzərə alınmaqla Azərbaycanın kənd təsərrüfatı və ərzaq məhsulları ilə təminatının daha da gücləndirilməsi və ixrac bazarlarının diversifikasiyası məsələləri ilə bağlı orta və uzunmüddətli dövrü əhatə edən məsələlər araşdırılmışdır. Müəllif tərəfindən orta və uzunmüddətli dövrdə Azərbaycanın kənd təsərrüfatı və ərzaq məhsulları ilə təminatının gücləndirilməsi və ixrac bazarlarının diversifikasiyası ilə bağlı təkliflər irəli sürülmüşdür.