Ümumi makroiqtisadi tarazlıq və səmərəlilik məsələləri

Çapdan qabaq
Məqaləni yüklə

Xülasə

Məqalədə milli iqtisadiyyatın səmərəliliyinin  artırılmasında sosial-iqtisadi inkişafın ən mühüm və fundamental problemlərindən biri kimi, ümumi makroiqtisadi tarazlığa nail olunmasını təmin edən müxtəlif iqtisadi yanaşmalara, maddi, maliyyə və insan resurslarından səmərəli istifadə olunması məsələlərinə diqqət yetirilməklə iqtisadi  tənzimlənmənin  mexanizmlərindən necə yararlanmaq imkanları nəzərdən keçirilir. Ümumi makroiqtisadi tarazlığın yaranması ilə əlaqədar olan ideal və real tarazlıqların bir-birindən  fərqləndirilməsini əsas tutaraq, makro və mikro səviyyələrdə fəaliyyət göstərən subyektlərin davranışında fərqli seçimlərin motivləri açıqlanmışdır.

Ümumi makroiqtisadi səmərəliliyə nail olunması üçün, yeni dəyərin yaradılmasında mühüm rol oynayan istehsal fəaliyyətinə üstünlük verilməsinə,  insan, maddi və maliyə kapitalına malik olan təbii xammallardan və materiallardan, informasiya-komunikasiya texnologiyalarından,  idarəetmə sahəsində bilik və sahibkarlıq bacarıqlarından və s.  resurslardan  istifadə olunması məsələləri nəzərdən keçirilmişdir.