Beynəlxalq nəqliyyat dəhlizləri: Milli və qlobal çağırışlar

Çapdan qabaq
Məqaləni yüklə

Xülasə

Qloballaşmanın sürətlənməsi və beynəlxalq ticarətin coğrafi miqyasının genişlənməsi fonunda nəqliyyat dəhlizlərinin strateji əhəmiyyəti artmaqdadır. Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu, Şimal-Cənub, Şərq-Qərb kimi əsas dəhlizlərin institusional strukturu, idarəetmə mexanizmləri və regional inteqrasiyaya təsirləri həm xarici ticarət münasibətlərində və beynəlxalq layihələrdə iştirakında hiss olunmaqdadır. Beynəlxalq nəqliyyat dəhlizlərinin, xüsusilə Avropa ilə Asiyanı birləşdirən Şərq-Qərb marşrutlarının qlobal iqtisadi sistemdə əhəmiyyəti danılmaz bir fakta çevrilmişdir. Orta Dəhlizin (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) beynəlxalq ticarət axınlarının şaxələndirilməsi və regionlararası iqtisadi əlaqələrin gücləndirilməsi baxımından strateji əhəmiyyətini vurğulayır. Azərbaycanın tranzit potensialının reallaşdırılması istiqamətində görülmüş işlər, qəbul edilmiş siyasi-strateji sənədlər və dəhlizlərin icrası üzrə irəliləyişlər onu deməyə əsas verir ki, artıq ölkəmiz də bu çağırışlara cavab reaksiyası olaraq öz milli prioritetlərini uyğun formada seçmişdir.

Məqalədə beynəlxalq nəqliyyat dəhlizlərinin təşkili, fəaliyyət prinsipləri və onların iqtisadi inkişafdakı rolu təhlil edilir, eyni zamanda milli və qlobal səviyyədə ortaya çıxan çağırışlar sistemli şəkildə araşdırılmışdır. Bu istiqamətdə nəqliyyat sektorunda rəqabət qabiliyyətinin artırılması, dayanıqlı logistik sistemin qurulması və regional əməkdaşlığın gücləndirilməsi istiqamətində siyasət tövsiyələri irəli sürülmüş, milli maraqlarla qlobal çağırışların uyğunlaşdırılması imkanlarına dair nəzəri və praktiki yanaşmalar təqdim olunmuşdur. Tədqiqat nəticəsində məlum olur ki, Azərbaycan-Qazaxıstan əməkdaşlığı regional inteqrasiyanın güclənməsinə və nəqliyyat dəhlizlərinin effektivliyinin artmasına mühüm töhfə verir.