Strateji sənədlərin icra səviyyəsinin ölçülməsi metodları və onların aqrar siyasətin qiymətləndirilməsində tətbiqi

Çapdan qabaq
Məqaləni yüklə

Xülasə

Siyasətin, layihə və proqramların monitorinq və qiymətləndirilməsi məqsədilə dünya təcrübəsində geniş istifadə olunan tətbiqi alətlər məqalədə təhlil edilmiş, icra göstəriciləri, nəticə göstəriciləri, hədəf indikatorlar və bu kimi ölçü meyarları araşdırılmış, beynəlxalq və milli praktikada istifadə olunan terminoloji məqamlara toxunulmuşdur. Tədqiqatda Əsas İcra Göstəricilərinin mahiyyəti və onun funksiyaları təsvir edilir, tərtib edilmə prosesində istifadə olunan müxtəlif üsullar izah olunur və potensial problemlərin qarşısının alınması üçün diqqət ediləcək məslələrə dair tövsiyələr qruplaşdırılır.

Məqalədə aqrar siyasətin qiymətləndirməsi sahəsində beynəlxalq yanaşmalar və ölkəmizdə bu sahədə aparılan işlər araşdırılmışdır. Azərbaycanda aparılan sosial-iqtisadi siyasətin monitorinq və qiymətləndirməsi sisteminin təkmilləşdirilməsi istiqamətində son dövrdə vüsət almış təkamül prosesi özünü həm dövlət tərəfindən qəbul edilən normativ aktlar vasitəsilə, həm də icraçı qurumlar və monitorinq aparan təşkilatların fəaliyyətində biruzə verir.

Nəticəəsaslı idarəetmə prinsiplərindən istifadənin sürətləndiyi mühitdə Azərbaycanda kənd təsərrüfatının inkişafı üzrə qəbul edilmiş Dövlət Proqramlarının icrasının qiymətləndirilməsi məqsədilə Əsas İcra Göstəricilərinin praktiki tətbiqi üzrə xüsusi hallar və imkanlar nəzərdən keçirilmiş və istifadə oluna biləcək göstəricilər nümunə olaraq hazırlanmışdır.