DÖVLƏT NƏZARƏTİ İNFORMASİYA SİSTEMİ: İDARƏÇİLİK İSLAHATLARINA RƏQƏMSAL DƏSTƏK

Xülasə

Müasir dövrdə dövlət xidmətlərinin və dövlət tərəfindən icrası həyata keçirilən proqramların, layihələrin təşkilində informasiya və kommunikasiya texnologiyalarının tətbiqi səmərəliliyin, şəffaflığın artırılmasında xüsusi əhəmiyyət daşıyır. Bu tendensiya elektron hökümət konsepsiyasını tətbiqindən sonra ölkəmizdə də geniş vüsət almışdır. Yeni yaradılacaq Dövlət Nəzarəti İnformasiya Sistemi proqram və tapşırıqların icrasında dövlət qurumları arasında səmərəliliyin, effektivliyin və davamlı nəzarət mexanizminin qurulmasını hədəfləyir. Sistemin tətbiqi həmçinin, icra prosesləri zamanı meydana çıxan boşluqların müəyyən olunmasına və preventiv tədbirlərin görülməsinə imkan yaradır.