Türk dövlətlərinin iqtisadi birliyinin nəzəri əsaslarına dair fundamental kitab

Xülasə

Bu günlərdə türk dövlətlərini bu ölkələrin qarşılıqlı əməkdaşlıqları nəzərə alınmaqla bir platformada iqtisadi cəhətdən xarakterizə edən “Türk dövlətləri iqtisadiyyatı” adlı kitab çapdan çıxıb. Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Macarıstan və Türkmənistanın iqtisadiyyatlarını əhatə edən kitab türk dünyası tarixində ilk sistemli fundamental elmi əsərdir.                                                                                                Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) və Türk Dövlətləri Təşkilatı (TDT) Katibliyinin birgə nəşr etdirdiyi “Türk dövlətləri iqtisadiyyatı” kitabı müasir qloballaşma dövründə türk dünyasının iqtisadi birliyinin elmi-nəzəri əsasları kimi xüsusi əhəmiyyət kəsb edir.