Bankçılığın yeni fundamental əsası: Bazel III sistemli təkamülü

Xülasə

Bu məqalə 2008-ci il qlobal maliyyə böhranından sonra bank sisteminin inkişafına Bazel 3 standartlarının ümumi təsirini təhlil edir. Məqalədə bank sisteminin dayanıqlığını artırmaq üçün Bazel 3-ün əhəmiyyəti, artan kapital tələbləri, likvidlik idarəetməsi və riskin azaldılması strategiyaları vasitəsilə qlobal təsirlərə və xüsusi olaraq Azərbaycan kontekstinə xüsusi diqqət yetirilərək, müzakirə olunur. Maliyyə sisteminin sabitliyini və sektora inamı artırmaq kimi faydalarına baxmayaraq, məqalədə Bazel 3-ün kiçik banklara potensial olaraq aşırı tənzimləyici yük təşkil etməsi və iqtisadi xərclərə səbəb olma potensialı tənqid edilir. Həmçinin, Azərbaycanda müvafiq standartların qəbul edilmə çətinlikləri, məsələn, tənzimləmə sistemi mürəkkəblikləri və resurs məhdudiyyətləri qeyd edilir. Nəticədə məqalədə Azərbaycanda qlobal standartlar əsasında və yerli iqtisadi ehtiyacların uzlaşdırılmış formada fərdiləşdirilmiş tətbiq strategiyaları tövsiyə edilir ki, bu da bank sektorunun gücünü və ümumi iqtisadi inkişafı təmin edə bilər.