Azərbaycan Respublikasında xarici ticarətin gömrük-tarif tənzimlənməsinin iqtisadi təhlükəsizliyinin təmin olunmasında rolu

Xülasə

Hər bir ölkənin milli təhlükəsizliyinin qorunması ilə yanaşı, onun iqtisadi təhlükəsizliyinin təmin olunması da zəruridir. Məqalədə müxtəlif ssenarilərdə dövlətin gömrük-tarif tənzimlənmə tədbirləri ilə iqtisadi təhlükəsizliyin reallaşdırmasından bəhs edilir. Xarici ticarət əməliyyatlarının balanslı gömrük-tarif tənzimlənməsi yolu ilə dayanıqlı və davamlı iqtisadiyyatın təmin edilməsi sahəsində atılan addımlar və onların nəticələri təhlil edilmişdir. Gömrük gəlirlərinin büdcədəki payı, onların son illərdə artım səbəbi və nəticələr məqalədə araşdırılmışdır.