İnfrastrukturun, ticarətin və sektorların bir-birinə bağlı olan regionlar arasında fasiləsiz inteqrasiyasından yaranan iqtisadi dəhlizlər iqtisadi artımı, əlaqəni və regional əməkdaşlığa təkan verən dinamik təşəbbüslər olaraq nəzərdə tutulur. Bu dəhlizlər coğrafi sərhədləri əhatə etməklə yanaşı, əməkdaşlıq təşəbbüslərinin və qarşılıqlı faydalı iqtisadi əlaqələrin inkişaf etdirilməsinə təkan verir. Beləliklə, mövcud olan regional inkişaf tendensiyalarının daha da formalaşmasında drayver rolu oynayır. İqtisadi dəhlizlər iqtisadi potensial, resursların optimallaşdırılması, mal və xidmətlərin rahat hərəkəti üçün coğrafi fürsətləri lokomotiv olaraq istifadə edir. İqtisadi dəhlizlər təkcə iqtisadi tərəqqi deyil, həm də sosial, ekoloji və transsərhəd əməkdaşlığın faydalarını artırır. Transxəzər Beynəlxalq Şərq-Qərb Orta Dəhlizi, Almatı-Bişkek, Böyük Mekonq Şərq-Qərb və Tailandın Şərq İqtisadi Dəhlizi kimi qlobal iqtisadi dəhlizlər texnologiya, ticarət, kənd təsərrüfatı və infrastrukturu əhatə edən müxtəlif və mürəkkəb təşəbbüslərin implementasiyasını təzahür edir. Bu dəhlizlər ticarət, innovasiya və bilik mübadiləsinə təkan verən şəhər mərkəzləri daxilində iqtisadi qovşaqları birləşdirən balanslaşdırılmış, hərtərəfli inkişafı nümunə göstərir. Xüsusi kontekstlərə uyğunlaşdırılmış iqtisadi dəhlizlər coğrafiya, mövcud infrastruktur və yerli iqtisadi gücləri nəzərə alaraq, adaptiv regional inkişaf strategiyalarını təşviq edir.