Azərbaycanın Artım Diaqnostikası: çoxşaxəli və dayanıqlı iqtisadiyyata doğru

Xülasə

Son onilliklər ərzində neft sektoru üzrə ixrac Azərbaycanın iqtisadi artımında mühüm rol oynamışdır. Bununla belə, neft sektorundan asılılıq qlobal əmtəə qiymətlərindəki dalğalanmalara qarşı həssaslığı artırır və iqtisadi artımın dayanıqlığı ilə bağlı çağırışlar yaradır. Hökumət davamlı, inklüziv və özəl sektora əsaslanan iqtisadi artıma nail olmaq üçün iqtisadiyyatın diversifikasiyasını və qeyri-neft/qaz ixracının artırılmasını hədəfləyir. Bu tədqiqat “İqtisadi Artım Diaqnostikası” çərçivəsindən istifadə edərək yüksək kapital dəyərini Azərbaycanda qeyri-neft/qaz ÜDM-in artımına və iqtisadi diversifikasiya imkanlarına əsas məhdudiyyətlərdən biri kimi nəzərdən keçirir. Təhlil göstərir ki, Hökumət və Mərkəzi Bank maliyyə və iqtisadi ekosistemin müxtəlif aspektlərini nəzərə almaqla kapitalın dəyərini effektiv şəkildə azaltmaq, kredit faizlərini aşağı salmaq və özəl investisiyaları təşviq etmək üçün birlikdə işləyə bilər.