Məqalədə gəlirlər və sosial siyasətin tənzimlənməsinə dair normativ-hüquqi mənbələr və iqtisadi məktəblərin elmi-nəzəri yanaşmalarına istinadən iqtisadi tənzimlənmənin bazar və dövlət mexanizmlərindən istifadənin prioritetləri xülasə olunmuşdur. Əmək fəaliyyətlərindən əldə olunan gəlirlər arasında diferensiallaşma səviyyəsinin yaranma səbəbləri, işsizlik və məşğulluğa təsiri nəzərə alınaraq ölkəmizdə yoxsulluğun müəyyən edilməsi və gələcəkdə bu istiqamətdə praktiki addımlar atılması zərurətləri nəzərdən keçirilmişdir. Bu məqsədlə stabil iqtisadi artımın təmin edilməsində əsas göstəricilərdən biri olan əhalinin ümumi sayında yoxsul əhalinin xüsusi çəkisinin beynəlxalq təcrübədə müəyyənləşmiş həddən yuxarı olmamasına nail olmağın şərtləri və yolları müəyyənləşdirilmişdir.