XX əsrin sonlarına doğru informasiya və kommunikasiya texnologiyaları sahəsində yaşanan dəyişikliklər sayəsində dünyanın “bilik dövrü” və ya “informasiya cəmiyyəti” adlandırdığımız yeni bir mərhələyə qədəm qoymasının şahidi olduq. Yeni sosial-iqtisadi şərtlər bütün sahələrdə olduğu kimi idarəetmədə də yeni yanaşmaların ortaya çıxmasına səbəb oldu. Məqalədə intellektual kapital nəzəriyyəsinin formalaşma mərhələləri və intellektual kapitalın əsas üç istiqaməti - insan kapitalı, əlaqələr (müştəri) kapitalı və struktur (təşkilati) kapital ilə bağlı məlumat verilir. Hansı ki, rəqabətli biznes mühitində müəssisələrin mövculuğunu davam etdirməsi və hədəflənən bazar payına sahib olması üçün intellektual kapitalın hansı komponentlərdən ibarət olması və düzgün idarəedilməsi strateji əhəmiyyət daşıyır.