Yaşıl İqtisadiyyat sahəsində tədbirlər və inkişaf siyasətinin sistemli tətbiqi

Xülasə

Davamlı tərəqqi və onun tamamlayıcı konsepsiyası sayılan yaşıl iqtisadiyyat modeli dünya iqtisadiyyatının üzləşdiyi iqtisadi, sosial və ekoloji böhrandan çıxması və daha təhlükəsiz ikişafı üçün irəli sürülən fundamental anlayışdır. Bu anlayış akademik dairələrdə geniş müzakirə olunub və gündəlik həyatda öz təsdiq tapmışdır. Bu məqalədə də müəlliflər göstərir ki, davamlı iqtisadiyyat və yaşıl iqtisadiyyat anlayışları rəqib terminlər kimi istifadə edilmir. Əksinə yaşıl iqtisadiyyat həm siyasi və iqtisadi,  həm də sosial və ekoloji baxımdan davamlı həyatın və artan təkmilləşmə prosesinin tamamlayıcısıdır.