Bakı-Tbilisi-Qars dəmir yolu dəhlizinin Cənubi Qafqaz subregionunun inkişafına təsiri

Xülasə

Məqalədə Gürcüstanın nəqliyyat infrastrukturunun hazırkı vəziyyəti, Bakı-Tbilisi-Qars dəmir yolunun Gürcüstanın iqtisadi və siyasi vəziyyətinə təsiri, eləcə də Azərbaycan və Gürcüstan arasında iqtisadi münasibətlərə təsiri araşdırılır. Təyin edilib ki, Bakı-Tbilisi-Qars dəmir yolu Gürcüstanın regionda geosiyasi mövqeyini gücləndirəcək və bu ölkəni Avropanın əsas nəqliyyat qovşaqlarından birinə çevirəcək, onun tranzit potensialını daha da artıracaq. Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum boru kəmərləri bu ölkələrdən keçir və TANAP layihəsinin işə düşməsi ilə Gürcüstanın tranzit əhəmiyyəti artıracaq. Həmçinin müəyyən edilib ki, BTQ yolu Gürcüstana etnik ermənilərin yaşadığı və bir sıra iqtisadi problemlərin mövcud olduğu Cavaxetiyadakı vəziyyətin stabilləşdirilməsinə kömək edəcək. Bundan başqa, Gürcüstandan keçən neft və qaz kəmərləri, Qara dəniz sahilindəki dəniz limanları, yaxşı inkişaf etmiş dəmir yolu sistemi və hava limanları Şərqlə Qərbi birləşdirilməsində mühüm rol oynayacaq.