Məqalədə "Moody's", "Fitch" və "Standard & Poor's" kimi kredit reytinqlərində əks olunan nəticələr vasitəsilə Azərbaycan Respublikasının investisiya cəlbediciliyi təhlil edilir. Təhlillərə həmçinin, “Dünya Investisiya Hesabatı”, “Dayanıqlı Inkişaf 2020” Hesabatı və “Doing Business” Hesabatı kimi digər beynəlxalq reytinq nəticələri də daxildir. Məqalədə həmçinin, investisiya cəlbediciliyi baxımından Azərbaycanın geoiqtisadi mövqeyini qiymətləndirilir. Bundan əlavə, investisiya prosesini asanlaşdıran institusional islahatlar, eləcə də dövlət idarə etməsi sahəsində islahatlar və texnoloji inkişafa yönəlmiş islahatlar da təhlil edilib.