Bu tədqiqat işinin aparılmasının əsas məqsədi pandemiyadan sonrakı dünyada Qlobal Təchizat Zəncirlərinin (QTZ) pozulmasını araşdırmaq və Ümumdünya Ticarət Təşkilatı (ÜTT) vasitəsi ilə həll oluna biləcək bəzi siyasi təkliflərin verilməsidir. Tədqiqat işi COVID-19 pandemiyasının inkişaf etmiş və üçüncü dünya ölkələrində müvafiq olaraq istehlak məhsullarının çatışmazlığını və tələb şokları şəklində tədarük zəncirindəki mövcud problemləri hərtərəfli şəkildə özündə əks etdirir. Kənd təsərrüfatı kimi ilkin istehsal sektorlarının yenidən bölüşdürülməsi ilə bağlı ABŞ, Aİ və dünyanın digər əraziləri arasında qlobal əməkdaşlığa dair vahid baxış tələb edən bəzi siyasət sahələrinin formalaşdırılması və bunun fonunda müsbət nəticələrin əldə olunması öz əksini tapmışdır. Bu xüsusda, ÜTT-nin rolu, əsasən, ticarət əlaqələri sahəsində əməkdaşlıq vasitəsilə mümkünlüyünü sübuta yetirə bilən Doha Raundu müzakirələri ətrafında QTZ-də yaranan pozuntuların aradan qaldırılmasından ibarətdir. Buna görə də mümkün həllərin dayanıqlılığı həm inkişaf etmiş, həm də üçüncü dünya ölkələrinin maraqlarına zidd olmayan, əksinə, qarşılıqlı mənfəət üçün bütün səyləri birləşdirən düzgün siyasətlərin tətbiqində özünü göstərir.