ANALYSIS OF THE TRANSITION OF TRADITIONAL ENERGY SOURCES TO ALTERNATIVE SOURCES

Xülasə

Dünya ölkələrinin artan iqtisadi inkişafı və müasir cəmiyyətin əsas hərəkətverici qüvvəsi kimi enerji resurslarına yüksək tələbat dövlətləri və müəssisələri şəhər və kənd yerlərini bu resurslarla təmin etməyə həvəsləndirir.

Enerji resursları müasir insanın bir çox vacib həyat proseslərində iştirak edir. Bu resurslar insanların gündəlik həyatda istifadə etdiyi elektrik enerjisindən başlayaraq, nəqliyyat da istifadə olunan yanacaq növlərinə qədər həyatımızın bütün sahələrində zəruridir. Digər tərəfdən enerji resursları həyatımızda nə qədər mühüm əhəmiyyət kəsb etməsinə baxmayaraq, yenə də ətraf mühitin çirklənməsinin, iqlim dəyişikliyi və kataklizmlərin əsas səbəbləridir. Üstəlik, bərpa olunmayan enerji resurslarının tükənməsi, onların qıt olması onları baha edir.

Bu tədqiqatın ideyası dünya ölkələrində enerji ehtiyatlarına görə mövcud vəziyyəti araşdırmaq və alternativ enerji resurslarının dövlətlər tərəfindən necə tətbiq edildiyini, hansı siyasətlərin həyata keçirildiyini araşdırmaqdır. Tədqiqat Alternativ Enerji mənbələrinin dünyamızda tətbiqinə və müasir dünyanın buna nə üçün ehtiyac duyduğuna əsaslanır. Bu mövzuda neftin müasir cəmiyyətdə rolu, bərpa olunan enerji mənbələrindən istifadənin üstünlükləri nələrdir və hansı dövlətlərin daha çox yaşıl enerjidən, hansının daha az istifadə etdiyi müzakirə edilmişdir. Tədqiqat üçün kəmiyyət və keyfiyyət məlumatlarından istifadə edilmişdir.

Məqalədə alternativ enerjiyə keçidin vacibliyi və hansı dövlətlərin artıq öz ölkələrini və bütövlükdə planeti xilas etməyə başladığı açıqlanıb.