Bu tətqiqatda fiskal hesabatlılıq üzrə Azərbaycandakı mövcud vəziyyət beynəlxalq təcrübə nəzərə alınmaqla araşdırılmış, habelə büdcə açıqlığı sahəsində son illər görülmüş işlər ətraflı təhlil edilmişdir. Eyni zamanda büdcə şəffaflığı üzrə fiskal diaqnostika aləti olan Açıq Büdcə Sorğusu (Open Budget Survey) hesabatındakı indikatorlar üzrə təhlillər verilmiş, ölkənin mövqeyini yaxşılaşdırmaq üçün müvafiq təklilər irəli sürülmüşdür.
Məqalədə Maliyyə Nazirliyi tərəfindən dərc edilmiş büdcə sənədlərindən istifadə edilmiş, Açıq Büdcə İndeksi (Open Budget Index) üzrə ortamüddətli dövrdə ölkənin mövqeyinin güclənməsi üçün sistemli yanaşma və müqayisəli təhlil metodlarından istifadə edilərək reytinqin yüksəldilməsi imkanları araşdırılmışdır.