Kitab haqqında rəydə Orta Dəhlizin əhəmiyyəti və perspektivləri qısaca şərh edilir və əsaslandırılır. Orta Dəhlizin perspektivlərinin reallaşdırılması üçün müvafiq araşdırmaların aparılması zəruriliyi qeyd olunur. Bu mənada “Orta Dəhliz: cari reallıqların təhlili və perspektivlərin dəyərləndirilməsi” mövzusunda hazırlanmış kitabın əhəmiyyəti izah edilir. Rəydə kitabın ideyasının formalaşması, ərsəyə gəlməsi haqqında informasiya verilir. Müəlliflər kitabı Orta Dəhlizlə bağlı ilk fundamental və əhatəli tədqiqat əsəri kimi dəyərləndirərək, kitabın bölmələri haqqında ətraflı məlumat verirlər. Ümumilikdə, elmi icmalda Orta Dəhlizin və kitabın əhəmiyyəti paralel olaraq izah edilir, hazırlanmış kitabın nəqliyyat, logistika və iqtisadiyyat sahələrində çalışan mütəxəssislər, tələbələr, tədqiqatçılar, bir sözlə bütün maraqlı tərəflər üçün zəngin və dəyərli bir mənbə olduğu vurğulanır.