Azərbaycanda büdcə qaydalarının təhlili və fiskal dayanıqlıq

Çapdan qabaq
Məqaləni yüklə

Xülasə

Təqdim olunan məqalədə Azərbaycan iqtisadiyyatı üçün fiskal siyasət və büdcə qaydaları təhlil edilmiş, mövcud vəziyyət araşdırılmış və (i) icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsula nisbət göstəricisi; (ii) dövlət borcunun ümumi daxili məhsula nisbət göstəricisi ekonometrik əsasda qiymətləndirilmişdir. Qiymətləndirmələrdə fiskal blokun 2003-2023-cü illəri əhatə edən rəsmi statistik məlumatları istifadə edilmişdir.

Həmçinin qeyri-neft/qaz Ümumi Daxili Məhsulun (ÜDM) iqtisadi fəaliyyət sahələri üzrə bölgüsü təhlil edilmiş, həmin iqtisadi fəaliyyət sahələrinin Xərclər-Buraxılış modeli əsasında multiplikator əmsalları hesablanmış, icmal büdcənin baza xərclərinin dəyişməsinin ticari və qeyri-ticari ÜDM-ə təsirləri ekonometrik qiymətləndirilmişdir.

Aparılmış təhlil və qiymətləndirmələrdə dünya təcrübəsi, xüsusilə də Beynəlxalq Valyuta Fondunun (BVF) metodoloji yanaşması və ölkə təcrübələri diqqətə alınmışdır.

Nəticədə, (i) icmal büdcənin qeyri-neft baza kəsrinin qeyri-neft ÜDM-ə nisbət göstəricisinin sıfıra yığılma meyli göstərməsi; (ii) icmal büdcənin baza xərclərinin artımı qeyri-ticari qeyri-neft ÜDM-in daha çox artımına səbəb olması; (iii) icmal büdcənin qeyri-neft gəlirlərinin ticari qeyri-neft ÜDM-dən daha ciddi asılı olduğu; (iv) əməliyyat lövbərinə uyğun olaraq dövlət büdcəsinin qeyri-neft gəlirlərinin dövlət büdcəsinin cari xərclərində faiz payının artan dinamikasının davam etməsi; (v) büdcə qaydasına əsasən dövlət borcunun ÜDM-ə nisbət göstəricisində azalma qeydə alınsa da, dövlət zəmanəti ilə götürülmüş borcların dövlət borcuna daxil edilmədiyini nəzərə aldıqda dövlətin makro-fiskal dayanıqlığı üçün risk daşıması əldə edilmişdir.