Pul – kredit siyasətinin səmərəlilik göstəricilərinin iqtisadi inkişafa təsiri

Çapdan qabaq
Məqaləni yüklə

Xülasə

Mərkəzi Bankın həyata keçirdiyi pul siyasətinin səmərəliliyini qiymətləndirmək üçün konkret meyarlar üzrə sistemin yaradılması vacibdir. Effektivliyin qiymətləndirilməsi üçün həm kəmiyyət, həm də keyfiyyət göstəricilərinə əsaslanan geniş spektrli metodologiya tətbiq edilir. Bu göstəricilər pul siyasətinin əməliyyat mexanizminin işləmə qabiliyyətini, bank sektorunun likvidliyinin səviyyəsini, inflyasiya gözləntilərinin idarə edilməsini, iqtisadi aktivliyin tən zimlənməsini və faiz siyasətinin real sektora təsirini əhatə edir. Mərkəzi Bank pul bazasının artım tempinə, bankların yenidən maliyyələşdirmə alətləri üzrə faiz dərəcələrinə, məcburi ehtiyat normalarına və prudensial normativlərə təsir edərək maliyyə bazarlarını yönləndirir. Həmçinin, inzibati tədbirlər vasitəsilə bankların aktiv əməliyyatlarını tənzimləməklə faiz siyasətinin maliyyə bazarlarında tələb və təklifə, məzənnə dinamikasına, eləcə də iqtisadi resursların effektiv bölüşdürülməsinə təsir göstərir. Bu yanaşma, öz növbəsində, iqtisadi artımın davamlılığına, inflyasiya nəzarətinə və ümumi makroiqtisadi sabitliyin qorunmasına xidmət edir. Pul siyasətinin səmərəliliyinin qiymətləndirilməsi yalnız nominal göstəricilərlə məhdudlaşmamalı, habelə iqtisadi artım, inflyasiya və işsizlik kimi mühüm makroiqtisadi indikatorların uzunmüddətli dinamikası nəzərə alınmalıdır.