Yaşıl iqtisadiyyat perspektivləri: struktur yanaşmaların və fiskal siyasətin təhlili

Xülasə

Davamlı iqtisadi artım və inkişaf müasir dövrdə beynəlxalq ictimaiyyət tərəfindən fiskal siyasətlərin implementasiyasında drayver kimi qəbul edilir. Bu məqsədə nail olmaq üçün fiskal siyasətlər iki ölçü ilə xarakterizə olunur: milli və beynəlxalq. Yaşıl iqtisadiyyat üçün beynəlxalq fundamental fiskal siyasətlərin dizayn edilməsi və yeni sistemlərin tətbiqi bu sahənin inkişafında həlledici rol oynayır. Bu gün ekoloji problemlər yerli və milli ölçüləri aşaraq qlobal məsələlərə çevrilib. Nəticə etibarı ilə, ekoloji problemlərin həlli üçün maliyyə siyasətinin formalaşdırılması zamanı milli səviyyədə fiskal siyasətlərlə yanaşı, beynəlxalq fiskal siyasətlər də nəzərə alınmalıdır. Ekoloji davamlılığı təmin edən beynəlxalq maliyyə sistemi ekoloji problemlərlə mübarizədə və yaşıl iqtisadiyyata keçiddə mühüm rol oynayır. Qloballaşma prosesi vasitəsilə ölkələr arasında kapital axınının liberallaşdırılması maliyyə kapitalının dəyərini əhəmiyyətli dərəcədə aşağı salır. Xüsusilə inkişaf etməkdə olan ölkələrdə istehsal potensialının tənzimlənməmiş artımları beynəlxalq konsorsiumlar tərəfindən irimiqyaslı investisiyalarla qarşılanır. Nəticədə, böyük birbaşa və ya dolayı kapital cəlb edən ölkələrdə ekoloji standartlar getdikcə daha da pisləşir. Xarici kapitalın, xüsusən də qaynar pulların axını, pulu qəbul edən ölkənin valyutasının dəyərini artırır, gəlir effektlərinə töhfə verir. Bu məqalədə bir sıra struktur və fiskal siyasətin tətbiqi ilə bağlı praktiki və nəzəri həllər araşdırılır və yaşıl iqtisadiyyat perspektivindəki rolunu analiz edilir.