Azərbaycanda Xüsusi İqtisadi Zonaların ölkənin qeyri-neft sektorunda rolu

Çapdan qabaq
Məqaləni yüklə

Xülasə

Xüsusi İqtisadi Zonalar (XİZ) ölkə iqtisadiyyatında istehsal səviyyəsini artırmaqla yanaşı, işsizlik səviyyəsini azaltmaq, ixracı artırmaq və digər makroiqtisadi göstəricilərə müsbət təsir göstərə bilən xüsusi ərazi olaraq qəbul edilir. Bu tədqiqatın da əsas məqsədi Azərbaycanda fəaliyyət göstərən XİZ-lərin iqtisadi göstəricilərinin təhlil edilməsi və iqtisadiyyatdakı rolunu öyrənməkdir. Araşdırma zamanı tədqiqat obyekti kimi Azərbaycanda əsas XİZ növləri olan Sənaye Parkları və Sənaye Məhəllələri seçilmişdir. Bbu zonaların ölkə iqtisadiyyatında rolu və həm də xarici kapitalın cəlb edilməsində iştirakı tədqiq edilmiş, XİZ-lərin illər üzrə performansı və gələcək ehtimal olunan göstəriciləri əsasında reqressiya analizi aparılmışdır. Azərbaycanın qeyri-neft sektorunda XİZ-lərin rolu qiymətləndirilmiş və əsaslandırlmış nəticələr əldə edilmişdir. Aparılan tədiqaqatın nəticəsi olaraq qeyd edilmişdir ki, XİZ-lərlə bağlı müsbət inkişaf dinamikasının qorunub saxlanılması üçün yaxın zamanda sahəyə daha çox miqdarda investisiya cəlb zəruridir. Əldə olunan nəticələr əsasında məqalədə Azərbaycan Respublikasında mövcud olan XİZ fəaliyyətinin güclənməsinə dair təkliflər irəli sürülmüşdür.