NEW PHASE OF ECONOMIC COOPERATION BETWEEN AZERBAIJAN AND TURKEY

Summary

Türkiyə Respublikası ilə Azərbaycan Respublikası arasındakı ticarət dövriyyəsi dinamik olaraq artmaqdadır. Belə ki, 2020-ci ildə iki ölkə arasında ticarət həcmi 4,16 milyard ABŞ dolları təşkil etmiş və Türkiyənin Azərbaycanın ümumi xarici ticarət dövriyyəsindəki payı 17 faiz olmuşdur. 2023-cü ildə isə iki ölkə arasında qarşılıqlı ticarət dövriyyəsinin 15 milyard ABŞ dollarına çatdırılması hədəflənir. Bu məqalədə müəllif Azərbaycanla Türkiyə arasında iqtisadi əməkdaşlığın mövcud vəziyyətini təhlil edir,  qarşılıqlı ticarət dövriyyəsinin artırılması ilə bağlı hədəfə nail olmaq üçün həyata keçirilən tədbirlərin nəticələri və Preferensial Ticarət sazişinin iki ölkə arasındakı ticarət dövriyyəsinin artmasına təsirini qiymətləndirir.