Azərbaycanda islam maliyyə sisteminin inkişafına töhfə verən dərs vəsaiti

Summary

Dövlətimiz tərəfindən həyata keçirilən islam dünyasına yönəlmiş, müsəlman ölkələri arasında birliyin daha da gücləndirilməsini, sülh və əməkdaşlığın dərinləşdirilməsini özündə ehtiva edən siyasət Azərbaycanın hər bir müsəlman ölkəsinə olan münasibətində özünü açıq şəkildə göstərir. Həm də ona görə ki, Azərbaycanın çoxəsrlik tarixi, mədəniyyəti Yaxın və Orta Şərq ölkələrində, o cümlədən müsəlman dünyasında gedən proseslərlə sıx bağlıdır. Artıq demokratik dünyaya inteqrasiya etmiş Azərbaycan yeni sistemə məhz tarixən formalaşmış mənəvi dəyərlərlə daxil olub. Mövcud çoxəsrlik mədəniyyətinin kökündə ümumşərq, ümumislam faktoru xüsusi yer tutan Azərbaycanın islam aləminə olan marağı, eləcə də müsəlman ölkələrinin Azərbaycana olan diqqəti təbiidir. Bu mənada Azərbaycanın islam dünyasına olan diqqəti həm də ölkəmizin müsəlman dövlətləri arasında əməkdaşlığa verdiyi töhfələrlə müşayiət olunur.