Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında post-konflikt quruculuğunun strateji aspektləri

Summary

Müasir dövrümüzdə işğaldan azad olunmuş ərazilərin dirçəldilməsi, yeni yaradılmış Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının dirçəldilməsi, ölkə iqtisadiyyatına reinteqrasiyası strateji əhəmiyyət kəsb edir. Bu istiqamətlərdə konseptual yanaşmaların formalaşdırılması, prioritet və daha səmərəli fəaliyyət mexanizmlərinin müəyyənləşdiirlməsi daha dərin elmi-iqtisadi araşdırmaları tələb edir. Bu baxımdan, Azərbaycan xalqının çoxəsrlik tarixinin ən parlaq səhifələrindən biri – 2020-ci ildəki 44 günlük Vətən müharibəsində Ermənistan üzərində qələbəmizin ikiilliyinə həsr edilmiş və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) tərəfindən hazırlanan “Yeni Qarabağnamə: Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında post-konflikt quruculuğu” kitabı ciddi maraq doğurur.